66 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Gürcüstanda geniş qeyd edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə səfirliyin və konsulluğun əməkdaşları, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Marneuli şəhərinin meri Temur Abasov, dövlət və hökumət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycanın dövlət və özəl şirkətlərinin – SOCAR, AKKORD, “Azərbaycan Dəmir Yolları” ASC-nin, “Paşa Bank” və digərlərinin nümayəndələri, ictimai fəallar Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə əklil və gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Sonra səfirliyin və şirkətlərin nümayəndələri Rustavi şəhərində parkda da ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Rustavi şəhər meri və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş: